Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Ağcabədi rayonunun Nəcəfqulubəyli və Şənlik kəndlərinə mavi yanacağın verilişi bərpa edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu münasibətlə kəndlərdə rayon ictimaiyyətinin və sakinlərin iştirakı ilə tədbirlər keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun dövlət və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Çıxış edənlər ilk öncə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik ediblər. Daha sonra ölkəmizin son illərdə əldə etdiyi uğur və nailiyyətlərdən söz açan natiqlər, ölkədə gedən quruculuq və abadlıq, o cümlədən bölgələrin qazlaşdırılması siyasətindən də söz açıblar. Daha sonra rəmzi məşəl alovlandırılıb.
Hazırda Ağcəbədi rayonunun 14 kəndi mavi yanacaqdan istifadə edir. Ümumilikdə 11613 abonent qazla təmin edilb. Əlavə 4 kəndə isə ilin sonuna qədər qazın verilməsi planlaşdırılır.
Qeyd edək ki, regionların qazlaşdırılması planına uyğun olaraq 2013-cü ildə Ağcabədi rayonunun özü də daxil olmaqla bütün yaşayış məntəqələrinin qazla təmin edilməsi işi tamamilə başa çatacaq.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB