Şamaxı RİH: "İcra başçısı haqqında yazılanlar şər və böhtahdır"

Şamaxı RİH: "İcra başçısı haqqında yazılanlar şər və böhtahdır"

Son günlər bəzi kütləvi informasiya vasitələrində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı haqqında həqiqəti əks etdirməyən qərəzli yazılar yer almaqdadır. SİA-ya Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir ki, bu yazılarda adı hallandırılan 85 saylı Şamaxı Dairə Seçki Komisyasının sədri Hüseyn Rəcəbovun icra başçısı ilə heç bir qohumluq əlaqəsi yoxdur.

Rayonun Göylər kənd icra nümayəndəsi İxtiyar Xəlilovun fəaliyyəti isə Maliyyə Nazirliyi tərəfindən yoxlanıb, arayışında göstərilən nöqsanlar Rayon İcra Hakimiyyətində müzakirə olunub və nöqsanların aradan qaldırılması üçün İxtiyar Xəlilova konkret vaxt verilib. Həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov bütün iş günləri rayonda olmaqla yanaşı öz vəzifəsinin icrası həlli ilə məşğuldur və hazırda iş başındadır.

Bir daha qeyd edirik ki, həmin yazılarda qeyd olunanlar heç bir mənbəyə söykənməyən, şər və böhtahdır.

Bütün xəbərlər Facebook səhifəmizdə