Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir"

Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir"

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Prezident İlham Əliyevin 87 məhkumun əfv olunması haqqında Sərəncam imzalaması böyük sevinclə qarşılandı. Çünki, dövlətimizin başçısının bu humanist addımı bir çox ailələrə xoşbəxtlik bəxş etdi". SİA-nın verdiyi məlumata görə, bunu YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir. S.Vəliyeva vurğulayıb ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin bu Sərəncamı məhkumluq həyatı yaşamış insanların cəmiyyətə qaytarılması və onların yenidən qəbulu üçün bir şansdır: "Sosial mahiyyəti etibarilə böyük önəm kəsb edən bu əfv Sərəncamı insanların cinayətdən uzaqlaşması və sosiumun inkişafı naminə enerjisini yenidən səfərbər etməsinə təkan verəcək. Əminik ki, Prezident İlham Əliyevin bu humanist addımı layiqincə qiymətləndiriləcək və bu əfv Sərəncamı əsasında azadlığına qovuşmuş insanlar cəmiyyətin etimadını doğruldacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə