Ötən gün Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 86 nəfər əfv olunub. SİA-nın xəbərinə görə, bununla bağlı bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssəsində bir nəfər Gülnarə Camalova öz azadlığına qovuşub. Buraxılması haqqında ona vəsiqəni Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Hüseyn Əlixanov, təqdim edib. Rəis müavini tədbirdə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən cəzaçəkmə müəssisələrinə göstərilən diqqət və qayğı nəticəsində məhkumların saxlama şəraiti günü-gündən yaxşılaşdırılır, onların asudə vaxtlarının səmərəli keçməsi üçün hər bir şərait yardılıb.
H. Əlixanov həmçinin qeyd edib ki, hər bir cəzaçəkmə müəssisələrində idman zalı, kitabxana, məhkumların öz yaxınları ilə əlaqə saxlaması üçün telefonlar mövcuddur.
Tədbirdə çıxış edən millət vəkili Çingiz Qənizadə bildirib ki, cəzaçəkmə müəssisələrində məhkumun öz yaxınları ilə əlaqə saxlaması çox sevindirici haldır. Bununla bağlı Milli Məclisdə bəzi məsələlər müzakirə olunmaqdadır. Millət vəkili arzu edib ki, Azərbaycanda qadınlardan ibarət cəzaçəkmə müəssisələri olmasın.
Daha sonra digər çıxış edən şəxslər də öz növbəsində azadlığa çıxmış məhkumları əfv sərəncamı ilə bağlı təbrik ediblər.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB