Əfv sərəncamının icrası başladı

Əfv sərəncamının icrası başladı

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv haqqında sərəncamın icrasına başlayıb. SİA-nın verdiyi xəbərə görə, əfv sərəncamı azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 87 məhkuma şamil olunub. Əfv olunanlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərdən 79-u cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv fərmanı xarici ölkə vətəndaşlarına da şamil olunub. Onlar İran, Türkiyə, Gürcüstan, Nigeriya və Banqladeş vətəndaşlarıdır. Bundan başqa əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərov və Taleh Xasməmmədov, müxalifətçi Şahin Həsənov də var.

Qeyd edək ki, əfv fərmanının icrasında Ombudsman aparatının, ictimaiyyət, media nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə