Yaxın iki gün hava sabit keçəcək
Bu gwn Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Arabir güclənən cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 1-4, gündüz 5-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.
Dekabrın 27-28-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB