Xətai Rayonu Heydər Əliyev adına liseyin müəllim və şagird kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə bayram şənliyi təşkil ediblər. SİA-nın məlumatına görə, tədbir liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva tərəfindən təşkil olunub. Şənlikdə liseyin direktoru Fikrət Xəlilov, müəllim və şagir kollektivi və valideyinlər iştirak edib. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Daha sonra səhnəyə ulu öndərin adını daşıyan liseyin şagirdləri çıxdı. Onlar şeirlər oxuyaraq xalqımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramını təbrik etdilər. Tədbirdə iştirak edən aşıq Vüqar öz ifası ilə hər kəsi valeh etdi. Bundan sonra liseyin fəxri olan "Zərifə" rəqs qrupu çıxdı onlar milli rəqs nümunələri ilə hər kəsi heyran etdi. Yeni ilin simvolu olan şaxta baba və qar qız isə tədbirdəkiləri uzun müddət intizarda saxladı. Əvvəlcə onların nəvələri səhnəyə çıxdı. Məhz onların çağırışı ilə şaxta baba və qar qız səhnəyə çıxdı. Ancaq şaxta babanın əliboş gəlməsi hər kəsi təəssüfləndirdi. Bir qədər sonra məlum oldu ki, şaxta baba balacalarla zarafat edirmiş. Daha sonra səhnəyə liseyin fəxri onbirincilər çıxdılar. Onlar özlərinə məxsus şəkildə, dahilərin kəlamları ilə xalqa təbriklərini çatdırdılar.Tədbirdə çıxış edən birinci və ikinci sinif şagirdləri bayram münasibətilə hər kəsi təbrik edərək, öz şeir və rəqs nümunələri ilə böyüklərdən fərqlənmədiklərini sübut etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB