Respublika Klinik Xəstəxanasının əməkdaşlarından ibarət həkim qrupu Ağdam rayonunda olublar. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, həkim qrupunun rəhbəri, Klinik Xəstəxananın baş həkiminin müavini Mahir Babayev bildirib ki, onların cəbhə bölgəsinə səfəri respublikada həyata keçirilən "Sağlam həyat uğrunda" devizi altında profilaktik tədbirlər silsiləsinə daxildir. Bu proqrama əsasən vətəndaşlara səhiyyə sahəsi üzrə 38 adda elektron xidmət göstəriləcək.
Dekabr ayı ərzində "Sağlam həyat uğrunda" devizi altında həyata keçirilən profilaktik tədbirlərin bir ay ərzində respublikanın bütün regionlarını əhatə etməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda həkim briqadası Ağdam rayonunda səfərdədir. Buradan sonra isə daha bir cəbhə rayonunda əhaliyə pulsuz müayinə xidməti göstəriləcək. Paytaxt həkimləri cəbhə bölgəsində fəaliyyət göstərən səhiyyə ocaqlarında yaradılan şəraitdən razı qalıblar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB