26 dekabr 2012-ci il tarixdə bəzi kütləvi informasiya vasitələrində İmişli rayonu ilə bağlı həqiqətə uygun olmayan və gülünc doğuran məlumatlar dərc edilib. Məqalədə, guya İmişli rayonunda tikinti-quruculuq işlərini həyata keçirən iş adamlarının başçılığı altında Rayon İcra Hakimiyyətinin binası qarşısında 300 nəfərlik aksiya keçirilməsi barədə yalan məlumatlar yer alıb.
İmişli Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumatda bildirilir ki, rayonunda heç bir aksiya və ya digər kütləvi tədbirlər keçirilməyib. Bu barədə göstərilənlər əsassız olmaqla yanaşı, eyni zamanda tamamilə yalandır. Belə ki, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev 25 dekabr 2012-ci il tarixdə növbəti əmək məzuniyyətindən qayıdıb. Bununla bağlı olaraq rayon ərazisində tikinti-quruculuq işlərində çalışan və əmək haqqını öz rəhbərlərindən ala bilməyən bir qrup işçi rayon başçısının qəbulunda olaraq ona şikayət ediblər. RİH başçısı onları qəbul edib dinlədikdən sonra iş adamlarının onlara qalan borclarının ödənilməsini təmin edib. Hazırda İcra Hakimiyyətinin başçısı öz iş yerindədir və gündəlik iş qrafikinə uyğun olaraq müvafiq məsələlərlə məşquldur.
Məlumat üçün bildiririk ki, rayonda geniş miqyaslı abadlıq və quruculuq işləri dövlət vəsaiti hesabına həyata keçirilir.
Bir daha qeyd edirik ki, bu məlumatlar İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən yalan və böhtan xarakterli məlumatlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB