"QHT-lərlə işləməyə 2011-ci ildən start vermişik"

İlqar Rəhimov: "Maliyyələşdirilmə ilə əlaqədar xüsusi proqram nəzərdə tutulub"
"QHT-lərlə işləməyə 2011-ci ildən start vermişik"

"Biz əlillərin problemlərinin həll olunması ilə bağlı QHT-lərlə işləməyə 2011-ci ildən start vermişik". SİA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

Nazir müavini bildirib ki, hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyindən ayrılan vəsaitlər hesabına əlillərin sosial problemlərinin həlli istiqamətində layihələr həyata keçirir: "2013-cü ildə də əlillərin problemlərinin həll olunması istiqamətində maliyyələşdirilmə ilə əlaqədar xüsusi proqram nəzərdə tutulub. Onların sağlamlığı, yaradıcılığının inkişafı ilə bağlı bir sıra yeni layihələr bu proqram əsasında reallaşacaq. "Əlillərin problemlərinin maliyyələşdirilməsi" proqramında onların sosial şəraitinin yaxşılaşdırılması üçün 4 milyondan çox vəsait nəzərdə tutulub. Bu vəsait onların müalicəsi, yaradıcılqlarında yeniliklərlə bağlı istiqamətlərdə addımların atılması, əlillərin idman sahəsinə cəlb edilməsi və bu sahənin inkişaf etdirilməsi, müəyyən məişət problemlərinin həlli istiqamətlərini əhatə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə