Anatoliy Şesteryuk 100 daşınmaz əmlakı mənimsəməyə cəhd etdiyi üçün polis tərəfindən saxlanılıb
Moskvada "Rosimuşestvo"nun keçmiş rəhbəri Anatoliy Şesteryuk həbs edilib. SİA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, keçmiş idarə müdiri 10 milyard rubl dəyərində 100-dən çox daşınmaz əmlakı ələ keçirməyə cəhd etdiyi üçün saxlanılıb. şesteryuk dekabrın 24-də tutulub. Həmin gün ona aid olan 3 mənzildə, eyni zamanda Rusiyanın Prezident Administrasiyası sanatoriyasının ərazisində yerləşən malikanəsində axtarış aparılıb.
Axtarış əməliyyatı zamanı məlum olub ki, Şesteryukdan başqa daha iki tanınmış məmurun da bu cinayətlərdə əli var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB