YAP Nizami rayon təşkilatı idman ilinin yekunları ilə bağlı tədbir keçirib

YAP Nizami rayon təşkilatı idman ilinin yekunları ilə bağlı tədbir keçirib

Sədaqət Vəliyeva: "Azərbaycan idmançılarının Londonda keçirilmiş olimpiya oyunlarında əldə etdiyi nailiyyətlər bu sahəyə olan diqqət və qayğının əyani sübutu oldu"

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı idman ilinin yekunları ilə bağlı tədbir keçirib. Dekabrın 24-də "Start" Olimpiya Kompleksində idmanın üzgüçülük və karate növləri üzrə yarış təşkil olunub, qaliblərin mükafatlandıırlması mərasimi keçirilib.

Mərasimdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva Prezident İlham Əliyevin idmana və bu sahənin daşıyıcılarına olan diqqət və qayğısından söz açıb. Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyilə Azərbaycanın hər yerində Milli Olimpiya Kompleksləri inşa edilir və bu idman ocaqlarında sağlam, vətənpərvər gənc nəsil yetişdirilir: "Elə Azərbaycan idmançılarının Londonda keçirilmiş olimpiya oyunlarında əldə etdiyi nailiyyətlər bu sahəyə olan diqqət və qayğının əyani sübutu oldu".

Sonra yarışlarda qalib gəlmiş idmançıların mükafatlandırılması mərasimi baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə