Azərbaycanlı şərqşünas alim I Türk hüquq tarixi konqresində iştirak edib
Azərbaycanlı şərqşünas alim I Türk hüquq tarixi konqresində iştirak edib
AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov Türkiyədə İstanbul Universitetinin Hüquq fakültəsi tərəfindən təşkil edilən "I Türk hüquq tarixi konqresi"ndə iştirak edib. SİA-nın məlumatına görə, şərqşünas alim "Azərbaycanda Osmanlı hüquq sisteminin tətbiq edilməsi" adlı məruzəsində XVI sonunda Osmanlı hakimiyyətinə tabe olan Azərbaycan torpaqlarında Osmanlı dövləti tərəfindən həyata keçirilən yeni idarə sistemi və qəbul edilən qanunnamələrin mahiyyəti barəsində konqres iştirakçılarını məlumatlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB