Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azərbaycan şirkətinin tərəfdaşlığı ilə Gəncə şəhərində Azərbaycan Gənclərinin II Liderlik Forumu uğurla davam edir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, forumun ikinci günü Azərsu ASC Təlim Mərkəzinin rəisi Ramiz Məmmədli "Gənclərin təşəbbüs layihələrində müasir yanaşmalar" mövzusunda təlim keçib. Ramiz Məmmədli qeyd edib ki, hər bir işdə əsas olaraq təşəbbüskar olmaq lazımdır. Yeni təşəbbüs irəli sürmək, qarşıya yeni məqsəd qoymaqdır. Təşəbbüskarlıq müstəqil, fəal hərəkət etmək qabiliyyəti deməkdir. Layihələrdən söz açan Ramiz Məmmədli bildirib ki, layihə özünəməxsus məhsulla nəticələnən müddətli bir işdir.
Yekunda iştirakçılar arasında oyun keçirilib.
"Mən kino çəkirəm" mövzusunda baş tutan ikinci panelin qonağı İB Klubunun həmtəsisçisi Şəmsi Bayramzadə olub. Ş.Bayramzadə mövzu ilə bağlı təqdimat keçirib. O qeyd edib ki, məqsədə çatmaq üçün əsas olaraq düzgün düşünmək və hədəf istiqamətlərini doğru müəyyən etmək lazımdır. Panel qarşılıqlı müzakirə şəklində davam etdirilib. Sonda forum iştirakçıları arasında mövzu ilə bağlı motivasiya oyunu keçirilib.
Qeyd edək ki, "Azərbaycan 2020: gənc baxış" mövzusunda Azərbaycan Gənclərinin II Liderlik Forumu Gəncə şəhəri 26 dekabr 2012-ci il tarixinə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB