Əlillərə mənzil və maşın verilib

Əlillərə mənzil və maşın verilib

Şəmkir rayonunda Qarabağ Əlilləri və Şəhid ailələri üçün inşa edilən mənzillər paylanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələn 4 mərtəbəli və 36 mənzilli bina sahiblərinə paylanıb. Burada hər cür şərait yaradılıb. Çıxış edənlər bildirib ki, əlillər və şəhid ailələri üçün Şəmkirdə 12 mərtəbəli bina tikiləcək.

Qeyd edək ki, açılış mərasimində əlillərə maşınlar da verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə