Hicran Hüseynova qanunlardan narazıdır

Hicran Hüseynova qanunlardan narazıdır

"Qanunla baxsaq, hər şey düz olsa da qadına heç bir pay düşmür. Buna görə də qanunlarda müəyyən dəyişiklər edilməlidir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, qadınların hansı formada dövlət tərəfindən müdafiə olunması ilə bağlı komitə tərəfindən təkliflər hazırlanır: "Təcrübə göstərir ki, bir çox qanunlara əsasən boşanma zamanı mülki məsələlər heç zaman qadının xeyrinə deyil. Bununla bağlı qanunlarda müəyyən dəyişiklər edilməlidir. Boşanmalarla bağlı da komitəyə bir çox müraciətlər daxil olur. Ailə qurmaq üçün müqavilə məsələsi son zamalar daha çox müzakirə edilir. Təhsilsiz və erkən yaşda ailə quran qadınlar müəyyən müddətdən sonra həyatında müəyyən problemlər olur. Bu problemlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu məsələlər həll edilir. Amma bütün problemlərin həlli dövlət səviyyəsində və qanun çərçivəsində həll edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə