"Son dövrlər Azərbaycanda üçəmlərin dünyaya gəlməsi hallarının sayı artıb". SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova belə deyib.
O bildirib ki, bu sevindirici haldır: "Amma ağır bir vəziyyətdə yaşayan ailə üçün 3 uşağın dünyaya gəlməsi böyük problemlər yaradır. Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ayrı-ayrı dövlət qurumları tərəfindən bu kimi ailələrə yardım edilir".
Komitə sədri qeyd edib ki, bu məsələ ilə bağlı artıq Komitə Milli Məclisdə təkliflə çıxış edib: "Yəqin ki, çoxuşaqlı ailələrə hansı formada dəstək olması ilə bağlı məsələləri aydınlaşdırmaq üçün bu təklif dövlət səviyyəsində qanun kimi qəbul olunmalıdır. Azərbaycanda bu islahatlar öz əksini tapacaq. Çünki ayrı alernativ yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB