Yardımlı rayonunda heç bir tədbir üçün pul yığılmayıb

Yardımlı rayonunda heç bir tədbir üçün pul yığılmayıb

Bəzi Kütləvi İnformasiya Vasitələrində Yardımlı rayon İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı büdcə təşkilatları və özəl sektordan pul yığılması barədə əsassız informasiyalar gedib. İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, rayonda nəinki Yeni il şənlikləri və yaxud da 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı, ümumiyyətlə, heç bir tədbirin keçirilməsi üçün pul yığılmayıb.

Məlumatda bu cür məsələlərlə bağlı hansısa fakt olduğu təqdirdə, İcra Hakimiyyətinə müraciət etməyin mümkün olduğu bildirilib: "Yardımlı rayon İH bir daha yazılanların əsassız və uydurma məlumat olduğunu bəyan edir".

Bütün xəbərlər Facebook səhifəmizdə