5 minə qədərinin ikisindən birinin 18 yaşı var

5 minə qədərinin ikisindən birinin 18 yaşı var

"Hazırda ölkədə olan 90 min cütlüyün 5 minə qədərinin ikisindən birinin 18 yaşı var". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Onun sözlərinə görə, ailə məcəlləsinə son illər dəfələrlə müraciət edilib: "Ailə ilə bağlı qanunların hər biri həm Milli Məclisdə, həm də cəmiyyətdə böyük müzakirələrə səbəb olur.

Azərbaycanda ailə məsələləri ilə bağlı mövcud problemlərin həlli üçün hüquqi baza formalaşdırılmalı və təkmilləşdirilməlidir. Tibbi arayışın verilməsi və tərəflər arasında müqavilənin bağlanması ilə bağlı ciddi problemlər var və onlar həll edilməlidir. Bunun üçünsə tibbi arayışın və mülkiyyət müqaviləsinin bağlanması ilə bağlı işlər görülməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə