"Son 7 ildə Azərbaycanda boşanmalar 5% artıb". SİA-nın xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Sağlam ailə sağlam gələcəyin təminatıdır" adlı konfransda çıxışı zamanı belə deyib.
Onun sözlərinə görə, Azərbaycanda boşananların 5%-dən 10%-ə kimi artıb və nəticədə əziyyət çəkən tərəf daha çox qadınlardır: "Bu boşanmaların 90% mülkiyyət iddiaları ilə müşayiət olunur. Buna səbəbdən də hüquqi baza üzərində düşünülməlidir".
Komitə sədri bildirib ki, reproduktiv sağlamlıq haqqında qanun layihəsi müzakirə olunsa da, bir sıra maddələrdə yaranan problemlərdən gələcək bir neçə il üçün yenidən saxlanıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB