Bakıda "GUAM ölkələri Gənc Liderlərinin Forumu" çərçivəsində "Bakı Deklarasiyası" qəbul olunub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə həyata keçirilən GUAM ölkələri Gənc Liderlərinin Forumunda "Bakı Deklerasiyası" qəbul olunub. Deklarasiyada GUAM ölkələri gənc liderlərini düşündürən əsas məsələlər, xüsusən də GUAM-a daxil olan ölkələrin ərazi bütövlüyü məsələsi geniş şəkildə öz əksini tapıb.
Forum zamanı ARGTMŞ ilə Gürcüstan, Moldova və Ukrayna Milli Şuraları arasında əməkdaşlıq imkanları müzakirə olunub, bu səpkidə qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılıb və qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Forumda həmçinin "gənclər təşkilatlarının fəaliyyəti", "gənclərin sahibkarlıq fəaliyyəti" və "sosial media və internet" mövzuları üzrə işçi qruplarda müzakirələr keçirilib və gələcək əməkdaşlıq üçün yeni fəaliyyət istiqamətləri müəyyənləşdirib.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 6.8.7 yarımbəndinin (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) icrasını təmin edilməsi çərçivəsində həyata keçirilir. Forumun məqsədi GUAM ölkələri gənc liderləri arasında əməkdaşlıq əlaqələrinin və mübadilənin gücləndirilməsi, Avropa Şərq Tərəfdaşlığının proqramlarında fəal iştirakının təmin olunması, GUAM ölkələrinin Milli Şuraları arasında əməkdaşlığın təkmilləşdirilməsi, həmçinin sözügedən ölkələrin gənclər və gənclər siyasətinin inkişafı sahəsində müzakirələr aparılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB