Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə "+110 Şərq" su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri aparılır. "Azərsu" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar dekabrın 25-26-da paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB