Nizami Cəfərov: “Kitab Palatasının yaradılması mümkün deyil”

Nizami Cəfərov: “Kitab Palatasının yaradılması mümkün deyil”

"Bu gün kitabxana sahəsində bəzi problemlər mövcuddur. Bu əsasən kənd kitabxanalarının vəziyyəti ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri, millət vəkili Nizami Cəfərov deyib. Onun sözlərinə görə, kənd və rayon yerlərində yerləşən kitabxanaların vəziyyəti olduqca ağırdır: "Ancaq kənd kitabxanalarından fərqli olaraq Mərkəzi kitabxanaların vəziyyəti qənaətbəxşdir. Mərkəzi kitabxanalar texnika baxımından kifayət qədər inkişaf edib. Ancaq kitablar nəşr olunsa da onlar kitabxanalara göndərilmir. Çünki müəlliflərin hesabına az tirajla nəşr olunur. Hətta bütün nəşr olunan kitabları göndərsən belə çatmır. Çünki kitabların əksəriyyəti müəllifin öz hesabına nəşr olunur".

Kitab Palatasının yaranmasında toxunan millət vəkili bildirdi ki, bu palatanın yaranması mümkün deyil. "Bu addımlar rəsmiyyətçiliyə yönəlmiş addımdır. Kitab Palatası müəlliflərlə münasibət qura bilməyəcək. Nəşr olunan kitabları belə ala bilməyəcək. Bunun üçün güclü maliyyə imkanı lazımdır. Hesab edirəm ki, bu palatanı əvəzləyəcək model olmalıdır. Bu rolu Milli Kitabxana oynaya bilər. Çünki Milli Kitabxana metodik rəhbərliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə