Qış üçün ən faydalı və ucuz təamlar

Qış üçün ən faydalı və ucuz təamlar

ABŞ Qida və Dietologiya Akademiyasının eksperti Ancela Cinn qışda səhhəti normada saxlamağa imkan verəcək ən faydalı qidalardan bəhs edib. SİA-xarici mətbuata istinadən xəbər verir ki, önəmli məqam odur ki, bu təamlar ucuzdur və asanlıqla alına bilər.

Bu təamlar arasında "supermen" kartofdur. Kartofda A vitamini, antioksidantlar, beta-karotinlər çoxdur. Bu maddələr immun sistemini gücləndirir, dərini hamar edir.

İkinci yerdə gülkələmi var. "Bəziləri gülkələmini sevmirlər. Halbuki gülkələmi aşağı kalorili olmaqla yanaşı, C vitamini, liflər, folium turşusu, kalium və K vitamini mənbəyidir", - Cinn deyib.

Üçüncü yerdə quşüzümüdür. Quşüzümü bakteriyalarla mübarizədə ürəyi gücləndirir, sidik yollarındakı infeksiyaların qarşısını alır. Onun tərkibində A vitamini və beta-karotinlər həddən ziyadədir.

Dördüncü yerdəki balqabaq da A və C vitaminləri, habelə beta-karotinlər mənbəyidir.

Beşinci təam və qış üçün çox sərfəli olan məhsuldan biri də kəvərdir. Kəvər insanı ürək xəstəlikləri və prostat xərçəngindən qoruyan kalsiumla zəngindir.

Altıncı təam C vitamini və kalsiumla zəngin turpdur. Turpun yarpaqlarında isə A və K vitaminləri, habelə folium turşusu var.

Bütün xəbərlər Facebook səhifəmizdə