Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub
Türkiyə prezidenti Abdullah Gül dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, A.Gül İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona ali dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Dövlət başçısı təbrikə və diqqətə görə minnətdarlığını bildirib.
Prezidentlər ölkələr arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.
Tacikistan prezidenti Emoməli Rəhmon, Moldova prezidenti Nikolaye Timofti, Dağıstan prezidenti Maqomedsalam Maqomedov da ad günü münasibətilə prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB