Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri
İranın Ermənistandakı yeni səfirinin dövründə İran və Ermənistan işbirliyi əvvəlki qaydada bərpa olundu
İşğal olunmuş ərazilərimizin İranla həmsərhəd ərazilərində Azərbaycanın pilotsuz təyyarələrinin kəşfiyyat işləri aparması barədə şərhlər İran və Ermənistan mətbuatını başına götürüb. Qəribə burasıdır ki, İran Azərbaycanın Dağlıq Qarabağ üzərində kəşfiyyat işi aparmasından narahatdır və bunu gizlətmir. İranın "Press TV" mətbuat agentliyinin yaydığı bu məlumatın doğruluğu ayrı mövzudur. Çünki kəşfiyyat işlərinin reallaşdırılması cüzi qisim adamlara bəllidir. Burada ən azı iki qrup məsələ diqqət çəkir.
Birinci qrup məsələ ondan ibarətdir ki, həm İran, həm də ermənilər öz hərbilərini öyməklə məşğuldurlar. İsrail və qeyri-İsrail mənşəli olmasından asılı olmayaraq Azərbaycanın pilotsuz təyyarələri Ermənistanın işğal elədiyi ərazilərdə kəşfiyyat işləri aparırlarsa, niyə erməni tərəfi bunu görmür və vurmur? Hərbi hissəni əli avtomatlı tərk etmiş Azərbaycan əsgərinin dağlı-dərəli yerlərdə gəzib dolaşmasını görüb mətbuata çıxardan ermənilər səmada uçan Azərbaycanın pilotsuz təyyarəsini görmürlər? Eləcə də İran tərəfi əgər bu təyyarəni görübsə niyə vurmayıb və yaxud tutmayıb. O da nəzərə alınmalıdır ki, İranın müdafiə naziri Ə.Vahidi qətiyyətli şəkildə bu hadisəni təkzib etdi. İran mətbuatı öz nazirlərinin dediyinə inanmadı. Hər-halda İran mətbuatının İran-Azərbaycan münasibətlərində gərginliyi yaradan üçüncü qüvvə olması şəksiz sübut olundu.
İkinci qrup məsələ Ermənistanda müəyyən qrup mətbu orqanları və ekspertlərin bu mövzu üzrə fəallaşmasıdır. Ermənistanın ictimai-siyasi mühitində İranın pulu hesabına maliyyələşən ekspertlərin mövcudluğu kimə də gizli olsa, bizə tam aydındır. Vaxtaşırı fəaliyyətlərini qeydə alırıq. İran hətta vaxtilə Ermənistanda öz maraqlarına xidmət edən partiya yaratmaq niyyətinfə idi. Bu istiqamətdə ilkin addımlar da atıldı. Sonradan İranın dost bildiyi Koçaryan o strukturu ləğv etdi və həmin adamları vəzifədən uzaqlaşdırdı. Lap yaxınlarda İrana xidmət edən erməni ekspertlərindən biri mətbuatda and-aman etdi ki, İranın Müdafiə naziri Ə.Vahidi Azərbaycanın pilotsuz təyyarələrinin İran səmasından kəşfiyyat işləri aparmasını təkzib etməyib. Ekspert şərhi üçün iri həcmli həmin yazıda erməni analitik dönə-dönə məhz bu fikri oxucuların beyninə yeritməyə çalışır. İranın Ermənistandakı səfiri "İki millət, iki din, iki mədəniyyət" adlı tədbir keçirməklə İranın Ermənistanla əlaqəli siyasətində buraxılmış qüsurları aradan qaldırmaqla məşğul idi. Görünür onun bu fəaliyyəti İranda müəyyən qüvvələrin xoşuna gəlməyib. Çünki İran prezidenti M.Əhmədinecat Ermənistanla "bir millət iki dövlət" siyasəti aparırdı və İranla Ermənistanı eyni mədəniyyətin daşıyıcısı hesab edirdi.
Əksinə indiki səfirə əvvəlki səfirin dövründəki vəziyyəti bərpa etmək göstərişi verilib. Nəticəsi göz qabağındadır: Erməni eksperti İranın adından İranın nazirinin yalan danışdığını təkidlə əsaslandırmağa çalışır. Hər halda İranın indiki səfirinin də hesabına İran müəyyən qədər ziyana düşə bilər. Əvvəlki səfirin dövründə Ermənistan İranın Qarabağ məsələsində vasitəçilik təklifini rədd etdi, 751 milyon dollarlq investisiya layihəsi təsdiqləndi. Nəticədə Urmiya gölünün problemi olduğu halda Ermənistan üçün Araz çayı üzərində SES tikməyə başladı. Həmin səfirin dövründə İranın Ermənistan üçün bağışladığı iqtisadi subyektlərin bir qismini Rusiyaya hədiyyə etdi.
İndiki səfirin dövründə ermənlər farsları bəyənməmək siyasətini aşkar şəkildə ortalığa qoyublar. Erməni qızlarına farslara ərə getməyi qadağan ediblər.İranlıları soyur,təhqir edirlər. İranlıların iştirakı ilə çinayətlərin sayı artırılır. İrana məxsus avtomaşınların qəzaya düşməsi halları artıb. Ermənilər iranlıların qəzaya düşməsinə qazanc mənbəyi kimi baxırlar. İranlıların Emənistanda nüfuzu budur.
İran-Ermənistan işbirliyinin mahiyyəti belədir. Rəhbərlik bu cür istəyir.
İranın rəhbərliyində müsəlmanın və erməninin hansının daha üstün olduğunu çox gözəl bilirlər və bildiklərinə uyğun hərəkət edirlər. İranda və ya Azərbaycanda olmasından asılı olmayaraq, müsəlman əziyyət çəkməlidir, erməni isə harada olmasından asılı olmayaraq İranın hesabına kef eləməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB