Bu gün Sumqayıt şəhərində Azərbaycan prezidenti İlham Əliyevin ad günü münasibətilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə 51 metr uzunluğunda tort hazırlanıb.
SİA-nın xəbərinə görə, 22 min yumurtadan, 2 tona yaxın undan, 1,5 ton şəkərdən, 310 kiloqram qozdan istifadə edilərək hazırlanan tortun uzunluğu 51 metr, çəkisi təxminən 11 tondur.
Qeyd edək ki, nəhəng tortun ortasında Bakı Kristal Zalının 6 metrlik əksi ilə yanaşı, tortun üzərində bu il Bakıda keçirilmiş "Eurovision-2012″ mahnı müsabiqəsinə qatılan iştirakçıların səhnə görüntüləri də əks olunub.
Bayraq meydanında təşkil olunan təbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, bir sıra rəsmi nümayəndələr və şəhər ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, nəhəng tort kəsilərək şəhər sakinlərinə paylanılıb və tədbir konsert proqramı ilə davam edib.
Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB