Ağsuda heç bir tədbirin keçirilməsi üçün pul yığılmayıb

Ağsuda heç bir tədbirin keçirilməsi üçün pul yığılmayıb

Bəzi Kütləvi İnformasiya Vasitələrində Ağsu rayon İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı büdcə təşkilatları və özəl sektordan pul yığılması barədə əsassız informasiyalar gedib. İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, rayonda nəinki Yeni il şənlikləri və yaxud da 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı, ümumiyyətlə, heç bir tədbirin keçirilməsi üçün pul yığılmayıb.

Məlumatda qeyd olunur ki, əgər kimlərdəsə bu məsələ ilə bağlı konkret fakt varsa, İcra Hakimiyyətinə müraciət edə bilər: "Ağsu rayon İH bir daha yazılanların əsassız və uydurma məlumat olduğunu bəyan edir".

Bütün xəbərlər Facebook səhifəmizdə