“Qız Qalası”-2012 Milli Mükafatının qalibləri elan olundu

“Qız Qalası”-2012 Milli Mükafatının qalibləri elan olundu

Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Nümayəndəliyi (Türkiyə) və İctimai Fikir Fondunun (Azərbaycan) 2010-cu ildə yaradılan Birgə İşçi Qrupu 2012-ci ilin yekunlarına görə, ilin aktiv şəxs və qurumlarını rəy sorğusu ilə müəyyənləşdirib. Birincilərin 24 dekabr Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 51 illiyi və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə "Qız Qalası" Milli Mükafatı ilə ödülləndiriliməsini qərarlaşdırıb.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 45 illiyi münasibəti ilə təsis olunan "Qız Qalası" Milli Mükafatı Azərbaycan və Türk Dünyası üçün müstəsna xidmətləri olan məhdud sayda şəxslərə verilir. "Qız Qalası" Milli Mükafatı təsis olandan bu günə kimi təsisçilər, Şimal Kipr Türk Cümhuriyyətinin qurucu cümhurbaşqanı Rauf Denktaşı, Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı, prof.dr. Turan Yazqanı, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşiri, Bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadəni, Güney Bavyera Türk Dernekleri Koordinasyon Kurulu Başqanı Mahir Zeytinoğlunu bu mükafata layiq görüb.

2012-cu il dekabr ayının 1-20-u arası respublika üzrə paytaxt və 11 rayondan olan 1890 nəfər və o cümlədən sosial şəbəkələr üzrə müxtəlif ölkələrdə yaşayan 232 soydaşımız arasında sorğu keçirib. Soğruda toplam 2122 respondent iştirak edib. İştirak edənlərin 17 faizi dövlət qulluqçusu, 32 faizi özəl qurumlarda çalışanlar, 23 faizi tələbə, 3 faizi həkim, 11 faizi elm adamları, 14 faizi isə müxtəlif peşə sahibləri olub. Rəyi öyrənilənlərin 61.2 faizini kişilər, 38.8 faizi isə qadınlar təşkil edib.

SİA "Qız Qalası" Milli Mükafatı – 2012 laureatlarını təqdim edir:

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti- Azərbaycanda aparılan yüksək səviyyəli dövlət quruculuğuna və Macarstanda həbsdə olan zabitimiz Ramil Səfərovun ölkəmizə gətirilməsindəki yüksək xidmətlərinə görə.

Əli Abbasov – Rabitə və İnformasiya texnologiyaları naziri- Respublikada rabitə sisteminin modernləşdirilməsindəki xidmətlərinə görə.

Ramiz Həsənov - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri - Azərbaycanda standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, keyfiyyətin idarə edilməsi sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində xidmətlərinə görə.

Huseyn Bağırov - Ekologiya və təbii sərvətlər naziri - Respublikanın təbii sərvətlərindən səmərəli istifadə edilməsində və ətraf-mühütün qorunmasında xidmətlərinə görə.

Qərib Məmmədov – Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Respublikada torpaq islahatların aparılmasında və torpaq ehtiyyatlarından səmərəli isfadəsində xidmətlərinə görə.

Adil Əliyev – millət vəkili - Seçicilərinin problemlərinin həllində göstərdiyi fədakarlığa və parlamentin işində nümayiş etdirdiyi aktivliyə görə.

Novruz Aslanov- "Qızıl Aypara" Cəmiyyətinin direktoru – Beynəlxalq humanitar və tibb sahəsində göstərdiyi xidmətlərinə görə.

Nuru Əliyev-"Nurgün" Sirkətlər Qrupunun prezidenti- Azərbaycanda daim inkişafda olan, gələcəyə istiqamətlənən biznes və xidmətlərin ali standartlarını zərurət kimi qəbul edən dəyərlər sisteminə malik olan bir şirkət qurduğuna görə.

Kamilə Əliyeva –Millət vəkili – Aztəminatlı seçicilərinin problemlərinin həllində göstərdiyi xidmətlərinə görə.

Füzuli Musayev– Azərbaycan Taekvondo Federasiyasının I Vitse – Prezidenti (IV DAN) Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin Üzvü- Azərbaycan idmanının inkişafında və formalaşmasında xidmətlərinə görə.

Mübariz Əhmədzadə – Zaqatala rayonunun İcra Hakimiyyətinin başçısı- Zaqatala rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə.

İmamverdi İsmayılov - millət vəkili- Qanun lahiyələrinin hazırlanmasında göstərdiyi xidmətlərinə görə.

Aynur Camalqızı – "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru - Azərbaycanda modern düşüncəli qəzetin qurulmasındakı müstəsna xidmətlərinə görə.

Gülaga İslamov – Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı- Xəzər rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Tahir Kərimov- Salyan rayonunun İcra Hakimiyyətinin başçısı- Salyan rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə.

Əli Hacı Ağaevli - Türkdilli dövlətlərlə əlaqələrin qurulmasında fəaliyyəti görə.

Adil Vəliyev – Sabunçu rayonunun İcra Hakimiyyətinin başçısı- Sabunçu rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə

Cavanşir Paşazadə – Millət vəkili- İnsan hüqüq və azadlığının qorunmasında göstərdiyi xidmətlərinə görə.

Məlahət Qurbanova- Məlahət MMC-nin direktoru- Lombard xidməti sahəsində operativ və effektiv sistemin qurulmasında və inkişafında xidmətlərinə görə.

Taleh Qaraşov- Lənkəran rayon İcra Hakimiyyətinin başçısı -Lənkəran şəhərinin sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Yunus Oğuz – "Olaylar" İnformasiya Agentliyinin direktoru-Azərbaycan tarixinin təbliğindəki xidmətlərinə görə.

Sevindik Hətəmov- Yardımlı rayon İcra Hakimiyyətinin başçısı – Yardımlı rayonunun sosial-iqtisadi inkşafında xidmətlərinə görə.

Bəhruz Quliyev – "Səs" TV-nin direktoru – Beynəlxalq standartlara uyğun internet televiziyasının qurulmasında xidmətlərinə görə.

Hacı Fərhad Mirzə - Fəlsəfə və dinşünaslıq üzrə elmlər doktoru- Azərbaycan dini elminin xaricdə təbliğindəki fəaliyyətinə görə.

Əhəd Abıyev – Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı –Daşkəsən rayonunun sosial-iqtisadi inkşafındakı xidmətlərinə görə.

Şahin Mövsümov - "AS GROUP"un sədri - Tikinti sənayesində keyfiyyətli malların istehsalına görə.

Vahab Mehdiyev -"Dəvəli ASC"prezidenti - Milli memarlığın qorunmasında və inkşafındakı xidmətlərinə görə.

Osman Gezeker - "Özkaya Group"un başqanı - Beynəlxalq ticarət əlaqələrin qurulmasındakı xidmətlərinə görə.

Elcin Orucov- "Qalereya-1969" sərgi salonunun direktoru, rəssam- Azərbaycan milli mədəniyyətinin təbliğində fəaliyyətinə görə.

Bütün xəbərlər Facebook səhifəmizdə