Ötən həftə Rusiya Federasiyasının ən nüfuzlu ali təhsil müəssisəsi, hüquqi təhsil sahəsində lider olan O.E. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında ASAIF həftəsi keçirildi. Qurumdan SİA-ya verilən məlumata görə, ASAIF-in üzvü, O.E. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Beynəlxalq hüquq üzrə magistr tələbəsi Nəcibə Mustafayeva Akademiyanın tələbələrinə və müəllimlərinə ASAIF-in fəaliyyəti, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" haqqında məlumat verərək, ölkədə gənclər sektorunun ölkə rəhbərinin daim diqqəti mərkəzində olduğunu bildirdi.
Tədbir çərçivəsində iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, milli adət-ənənələri və bayramları haqqında məlumat verildi. Xüsusi diqqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yetirildi.
ASAIF-in üzvü N. Mustafayeva iştirakçılara Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonun işğal altında olması, hərbi təcavüzünün ağır nəticələri, Ermənistandan olan qaçqınlar, işğal edilmiş ərazilərdən olan məcburi köçkünlər, işğal olunmuş ərazilərə qanunsuz köçürülən əhali barədə ətraflı məlumat təqdim etdi.
Tədbirdə iştirak edən O.E. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq hüquq kafedrasının müdiri, professor Kamil Bekyaşov ASAIF-in fəaliyyəti ilə maraqlanıb, üzvlərinə isə uğurlar arzulayıb.
Yekunda O.E. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının beynəlxalq hüquq kafedrasının kitabxanasına, müəllimlərinə və tələbələrinə Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı ədəbiyyat, Dağlıq Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar və jurnallar təqdim olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB