SAM "Azərbaycan 2020: gənc baxış" mövzusunda Azərbaycan Gənclərinin II Liderlik Forumunda iştirak edir
Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov, SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin müdiri Vüsal Qasımlı, SAM-ın elmi işçiləri Şahmar Hacıyev və Mahir Hümbətov Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi, Gələcəyə Körpü İctimai Birliyi və PwC Azerbaijan şirkətinin tərəfdaşlığı ilə "Azərbaycan 2020: gənc baxış" mövzusunda Azərbaycan Gənclərinin II Liderlik Forumunda iştirak etmək üçün Gəncə şəhərinə gedib.
Azərbaycanın Gənclər Paytaxtı olan Gəncə şəhərində keçiriləcək Forum ölkənin müxtəlif bölgələrini təmsil edən 100 nəfər gənc lider bir araya gətirir. Forumun davam etdiyi 4 gün ərzində gənclər "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasını müzakirə edəcək, yaxın gələcək üçün Azərbaycanın inkişaf istiqamətləri və priotetlərini, bu hədəflərə çatmaq üçün görülməli olan işləri ölkənin ən tanınmış ekspertləri ilə müzakirə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB