Tərtər rayonunun Balakəngərli kəndində orta məktəb binasının acılışı olub. Qəzalı vəziyyətə olan köhnə məktəb binasının əvəzinə dövlət vəsaiti hesabına yeni məktəb binası tikilərək kəndə təhsil alan şagirdlərin istifadəsinə verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon icra başçısı Ceyhun Cəfərov müəllim və şagirdləri, o cümlədən valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar. Lazımi inventar və avadanlıqla təmin olunmuş təhsil ocağında istilik sistemi, kitabxana, kompyuter otağı, fənn kabinələri, idman zalı yaradılıb.
Qeyd edək ki, hazırda Qapanlı kəndində 220 yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB