Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində Bərdə rayonunun Qarabağ yaşayış massivinə, Muğanlı və Davudlar kəndlərinə təbii qaz verilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu münasibətlə yaşayış məntəqələrində rayon ictimaiyyətinin və sakinlərin iştirakı ilə mərasimlər keçirilib. Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatları Zahid Oruc və Gövhər Baxşəliyeva, "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Qağaməli Seyfullayev qaz çəkilişi münasibəti ilə sakinləri təbrik edib. Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.
Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılıb, 37 kənd mavi yanacaqla təmin olunub. Yaxın günlərdə isə rayonun daha dörd kəndinə təbii qaz veriləcək.
Məlumat üçün bildirək ki, 2013-cü ilin sonunadək isə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur. Qarabağın qəsəbəsinin qazlaşdırılması üçün 12 min 969 metr müxtəlif diametrli polietilen qaz xətləri çəkilib, 318 evə fərdi qaz sayğacı quraşdırılıb.
Muğanlı kəndində 7597 metr müxtəlif diametrli qaz xətləri çəkilib. 170 evə fərdi qaz sayğacı quraşdırılıb. Davudlar kəndində 38 mənzilə mavi yanacaq verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB