Son zamanlar Tərtər çayının səviyyəsinin artması müşahidə edilir. Qış fəsli ilə əlaqədar olaraq yağıntıların çoxalması çayın səviyyəsinin artmasına səbəb olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, yerli sakinlər hesab edir ki, Azərbaycan tərəfdə təsərrüfatın suya ehtiyacı olmadığı bir vaxtda ermənilər suyun qarşısını açır, əkin-biçinin qızğın dövründə çayın qarşısını qəsdən bağlayırlar.
Belə ki, ermənilər işğal altında yerləşən Sərsəng su anbarından suyu çox miqdarda buraxmaqla əhalinin yaşayış tərzini xeyli çətinləşdiriblər. Əgər əvvəlki illərdə mənfur qonşularımız suya zəhərli maddə və tullantılar axıdırdılarsa, artıq son illərdə partlamamış hərbi sursat və minalar axıdırlar.
Bu da xüsusilə çayın Tərtər rayonu ərazisindən keçən hissəsində yaşayan sakinlərin həyatı üçün birbaşa təhlükə yaradır.
Qeyd edək ki, ötən illərdə ermənilərin partlayıcı maddə qoyduqları oyuncağı çaydan götürən azyaşlı qız partlayış nəticəsində həyatını itirmişdi.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB