Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi döğum günü münasibətilə dost və qardaş ölkələrin rəhbərləri təbrik edib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev, Özbəkistan Respublikasının prezidenti İslam Kərimov, Türkmənistan prezidenti Qurbanqulu Berdimühəmmədov və Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan Prezidentini doğum günü münasibətilə ürəkdən təbrik edib və ən xoş arzularını bildiriblər: "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin! Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, firavanlıq, səadət, dost Azərbaycan xalqı naminə bütün təşəbbüslərinizdə və istəklərinizdə uğurlar diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB