Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə əfv fərmanı imzalana bilər. Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına il boyu müraciətlər olunur: "Müraciətlərə əsasən komissiyanın iclası keçirilir. Bundan sonra komissiyanın hazırladığı siyahı prezidentə təqdim olunur. Hər bayramda, əlamətdar günlərdə, demək olar ki, il boyu möhtərəm prezidentimiz İlham Əliyev məhkumların ailələrini sevindirir. Bu ilin sonu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə əfv fərmanının imzalanmasını gözləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB