Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik günü və möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü münasibətilə "Vətənim Azərbaycan Səni tərənnüm edirəm" şüarı altında Nəsimi rayon ərazisində yerləşən ali təhsil ocaqları arasında müsiqi və şer müsabiqəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə millət vəkili Məlahət İbrahimqız, Gənclər təşkilatlarının idarə heyətinin üzvləri, Nəsimi rayon ərazisində yerləşən ali təhsil ocaqlarının fəal tələbələri və gənc hərbi çağırıççılar iştirak edib.
Tədbirdə ilk olaraq YAP Nəsimi rayon təşkilatının idarə heyyətinin üzvləri qarşıdan gələn əlamətdar hadisələrin, möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik iştirakçılarını təbrik etdilər. Daha sonra millət vəkili Məlahət İbrahimqızı çıxış edib. O bildirib ki, Yeni Azərbaycan Partiyası belə tədbirləri hər zaman keçirir: "YAP Nəsimi rayon təşkilatı hər zaman gənclərlə Heydər Əliyev irsinin öyrənilməsi üçün ideoloji iş aparır. Xüsusən də möhtərəm prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasətin gənclər arasında təbliğ olunması ilə bağlı konkret silsilə işlər görür. Gənclərlə iş aparmaq hər bir azərbaycanlı ziyalısının ümdə vəzifələrindəndir. Bu gün qloballaşan dünyada ciddi proseslər getməkdədir. Biz ziyalılar gənclərimizi belə qlobal təhlükələrdən qorumalıyıq. Gənclərimizi dövlətə bağlı, milli dəyərlərimizə sadiq, mənəvi dəyərlərimizi qoruyub saxlayan şəxsiyyətlər kimi yetişdirməliyik. Bu günki tədbir qarşıdan gələn əlamətdar günlər, Dünya Azərbaycanlılarının Həmrəylik günü və möhtərəm prezidentimiz İlham Əliyevin doğum günü münasibətilə keçirilir. Həm də bu YAP Nəsimi rayon təçkilatının parityamızın yaranmasının 20 illik yubileyi münasibətilə hazırladığı xüsusi proqramın tərkib hissəsidir. Həmçinin prezident İlham Əliyevin fərmanı ilə hərbi çağırış elan olunub. Bu münasibətlə Nəsimi rayon gəncləri də tədbirdə iştirak edirlər. Onlarda uğurlar arzu edirəm".
Daha sonra "Vətənim Azərbaycan Səni tərənnüm edirəm" adlı ser və musiqi müsabiqəsinin qaliblərinə təltiflər və hədiyyələr verilib. Tədbir təşkilatçıları gənc hərbi çağırışçıları da unutmayıb. Onlara hədiyyələr təqdim olunub. Daha sonra tədbir gənclərin rəqs və musiqi nümunələri ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB