Ödənişsiz "Facebook" mesajlarına son

Ödənişsiz "Facebook" mesajlarına son

"Facebook"-un yeni qərarına görə, FaceDost siyahısında olmayan hər kəsə göndərilən mesaj 1 dollar olacaq. SİA-nın verdiyi xəbərə görə, bu haqda şirkətin sözçüsü bildirib.

Yeni qaydalara görə, dostluq siyahısında olmayan şəxslərə xüsusi mesaj göndərmək üçün 1 dollar ödəmək lazım gələcək. Dost siyahısında olmayan birinə göndərilən xüsusi mesaj adətən "spam" mesajlarının olduğu digər mesajlar qutusuna gedir və istifadəçiyə mesaj gəldiyinə dair hər hansı xəbərdarlıq edilmir. "Facebook"-un yeni qaydasıyla 1 dollar ödəyən istifadəçi siyahısında olmayan digər istifadəçinin birbaşa mesaj qutusuna mesaj göndərmək imkanı qazanacaq. Pullu mesaj qaydası hələlik test mərhələsindədir. Qayda özünü doğruldacağı təqdirdə qiymətlər dəyişə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə