Qubada dağ uçqunu baş verib YENİLƏNİB

Qubada dağ uçqunu baş verib YENİLƏNİB

Hadisə Quba-Qonaqkənd yolunun 31-ci km-də "Təngə dərəsi" adlanan ərazidə qeydə alınıb. İri qaya parçasının yolun hərəkət hissəsinə düşməsi nəticəsində saat 16 radələrindən etibarən yol bağlı qalıb. Nəticədə qarşı tərəfdə yerləşən 46 yaşayış məntəqəsini rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hadisə yerinə Quba Rayon Fövqəladə Hallar Komissiyası və müvafiq idarələrin nümayəndələri gəlib.

Həmin yoldan keçərək şahidi olmuş sürücü Namiq Pənahov bildirir ki, dekabrın 21-də dünyanın sonuna inanmadığını və birdən-birə dağın yola düşməsini görəndə inandığını bildirir.

Qaya parçalarının yoldan çıxarılması üçün əraziyə xüsusi texnika cəlb edilib. Axşam saatlarında yolda avtomobillərin normal hərəkəti bərpa olunub. Mütəxəssislərin bildirdiyinə görə son günlər həmin ərazidə tez-tez dağ uçqunları baş verir və bunun səbəbi yağıntılı hava şəraiti ilə əlaqələndirilir. Ancaq sakinlər çox narahat olublar.

2 saatdan sonra yol tamamilə texnikalrın işləməsi zamanı açılıb. Burada gediş-gəliş tamamilə açılsa da texnikalar yenə də cəlb olunub. Yolun bərpası üçün çoxlu saytda texnika cəlb olunub. Yol Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngaltı yaşayış məntəqələrindən keçir və uzunluğu 46 kilometrdir.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə