Prezident Qusar rayonuna 2 milyon manat ayırıb

Prezident Qusar rayonuna 2 milyon manat ayırıb

Bu vəsait rayonun sosial-iqtisadi inkişafına xərclənəcək

Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Qusar rayonu üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Qusar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qusar rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə