Bu günlərdə ASAIF-in sədri Ramin Həkimov ASAIF-in əməkdaşı olan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) keçirdiyi tədbirlərə qatılmaq məqsədi ilə Ukraynaya səfər edib. Qurumdan SİA-ya verilən məlumata görə, Ramin Həkimov səfər ərəfəsində ilkin olaraq UAGB-nin Kiyev şəhərindəki mərkəzi ofisində UAGB-nin sədri Anar Tahirov, təşkilatın idarə heyəti və Kiyevdə təhsil alan gənclərlə görüş keçirıb.
Görüşün əsas məqsədi ASAIF-in təqdimatı və bundan sonra hansı layihə və tədbirlərin keçirilməsi ilə bağlı gənclərin məlumatlandırılması, ASAIF ilə UAGB-nin birlikdə layihələrinin icrasında tələbələrin daha aktiv rol ala biləcəklərini bildirmək və gənclərin sosial problemləri ilə yerində maraqlanmaq və həlli üçün birlikdə addımların atılmasının müzakirəsi aparıldı.
Səfər çərçivəsində yerli təşkilatlarla da görüşlər keçirən Ramin Həkimov Ümum Ukrayna Gənclər Konqresinin rəhbərliyi ilə gələcəkdə Azərbaycanlı və Ukraynalı gənclərin birgə təşəbbüsü və iştirakı ilə keçirilə biləcək layihələrin fikir mübadiləsini apardı.
ASAIF-in sədri Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli ilə də görüşüb. Görüşdə UAGB-nın sədri Anar Tahirov və Azərbaycan Respublikasının Ukraynadakı konsulu Asim Osmanov da iştirak edib.
Cənab səfir ASAIF-in həyata keçirdiyi tədbirlərin və forumların önəmini vurğuladı, xüsusilə forumlarda iştirakından öz məmnuniyyətini dilə gətirərək ASAIF -in Romada keçiriləcək növbəti forumunda Ukraynadan daha çox tələbənin iştirak etmək istəyini bildirib. Əlavə olaraq cənab səfir Eynulla Mədətli ASAIF ilə UAGB-nin birlikdə fəaliyyətinin və əməkdaşlığının önəmini vurğuladı. Ramin Həkimov və Anar Tahirov isə öz növbələrində gələcək fəaliyyət üçün keçiriləcək olan tədbirlər haqqında məlumat verdilər. Cənab səfir isə işlərin icrasında səfirlik olaraq bütün dəstəyin veriləcəyini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB