Azərbaycanda iki beynəlxalq layihə həyata keçiriləcək

Azərbaycanda əlilliklə bağlı iki beynəlxalq layihə həyata keçiriləcək
Azərbaycanda iki beynəlxalq layihə həyata keçiriləcək

"Gələn ilin sonuna kimi Azərbaycanda əlilliklə bağlı iki beynəlxalq layihənin icrasına başlanacaq". SİA-nın verdiyi xəbərə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov məlumat verib.

O bildirib ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanacaq layihə "Əlilliklə bağlı yeni standartların işlənib hazırlanması və qiymətləndirilməsi"nə həsr olunacaq. Avropa İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində icra olunacaq ikinci layihə isə "Əlillərin tibbi və sosial reabilitasiyasının təmin edilməsi"ni özündə əks etdirəcək.

Qeyd edək ki, hər iki layihə 2016-ci ilə kimi yekunlaşacaq. Bu illər ərzində iki layihə çərçivəsində əlillərlə bağlı mühüm işlər həyata keçiriləcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə