Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qış mövsümündə yenidən evsiz-eşiksiz insanları sığınacaqlarla təmin etməyə hazır olduğunu açıqlayıb. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məlumat verib.
O bildirib ki, 2012-ci ilin qış fəslində müəyyən problemlər yarandığından evsiz-eşiksiz insanlar Bakının və respublikanın bir sıra yerlərində təşkil olunan sığınacaqlarla təmin edilib. Onun sözlərinə görə, bu sığınacaqların təşkili evsiz-eşiksiz olan vətəndaşların bu fəsadlardan yüngül keçməsinə köməklik göstərib: "Bu qış mövsümündə havalar şaxtalı keçsə və bu hansısa problemlər yaradarsa, xüsusi sığınacaqların qurulmasına hazırıq. Bunun üçün hər bir imkanımız var. Bu sahədə heç bir problem olmayacaq. Bununla yanaşı, digər stasionar sığınacaqların da fəaliyyət göstərməsinə nail olmuşuq".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB