Quba yolunu dağ kəsdi

Quba Qonaqkənd yolunun 31-ci km-də kəndin içindən keçən hissəsində Təngaltı turizim zonasının yolunun üstündəki sıldırım qaya qoparaq yolu bağlayıb. Quba rayon 82 saylı Yol İstismar İdarəsinin rəisi Tağı Tağıyevin SİA-nın Şimal bürosunun müxbirinə verdiyi məlumata görə, hələ ki, bunun səbəbi məlum deyil.

Hadisə yerinə Quba rayon Yol İstismar İdarəsi tərəfindən ağır texnika cəlb edilib.

Qeyd edək ki, 30-a yaxın dağ kəndləri ilə nəqliyyatın əlaqəsi kəsilib. Yollarda uzun tıxac yaranıb, Təngə dərəsi deyilən yerdə isə yol bağlanıb.

Emin Kərimov

Quba

Bütün xəbərlər Facebook səhifəmizdə