"Kommersiya sözünü çıxaranlar meşələrdə gəzirdilər”

"Kommersiya sözünü çıxaranlar meşələrdə gəzirdilər”

Milli Məclisdə "Mədəniyyət haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb. SİA xəbər verir ki, millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycan xalqı türk soyundandır, müstəqillik illərində bununla bağlı Azərbaycanda kifayət qədər araşdırma aparılıb və bu məsələ sübutunu tapıb.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, "Mədəniyyət haqqında" qanunun müzakirəsi zamanı gərginliyin ortaya çıxması 21 dekabr "qiyamət günü" ilə bağlı gərginliklə əlaqədar ola bilər. O, qanun layihəsində kommersiya sözünün yazılmasına etiraz edib: "Ola bilməz ki, kommersiya sözü əmtəə, ticarət, dövriyyə sözləri ilə əvəzlənsin? Bizim dədə-babalarımız ticarətlə məşğul olanda kommersiya sözünü çıxaranlar hələ meşələrdə gəzirdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə