Milli Məclisin deputatı Adil Əliyev "Azəristiliktəchizat" ASC-nin fəaliyyətini tənqid edib. SİA xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında seçildiyi Nərimanov rayonunda 200 binanın istiliksiz qaldığını söyləyib.
O deyib: "Bu səhər insanlar məni işə gəlməyə qoymurdular. Onlar evlərində soyuqdan donurlar. "Azəristiliktəchizat" ASC-yə böyük həcmdə vəsait ayrılsa da, ortada iş yoxdur. Qərargahımın qarşısına insanlar toplaşırlar, ora gedə bilmirəm. Dəfələrlə rəsmi müraciət etmişəm, nəticə yoxdur. "Azəristiliktəchizat" ASC ilə bağlı Hesablama Komitəsinə də müraciət edəcəyəm. Əgər problem yeni olsaydı, susmaq olardı. Bu problem illərdir davam edir".
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məsələnin araşdırılacağını bildirib.
YAP-dan olan deputat Siyavuş Novruzov həmkarını dəstəkləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB