"Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi haqqında" qanuna dəyişikliklər edilməsi çox vacibdir. SİA-nın xəbərinə görə, bu təkliflə millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin növbəti plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkilinin qeyd etdiyinə görə, bu məsələ ilə bağlı parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ilə söhbət aparıb və məlum olub ki, qanun layihəsi artıq sözügedən komitənin gündəmindədir: "Ümumiyyətlə, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi ilə bağlı son illər ölkəmizdə ciddi işlər görülür. Xüsusilə də, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə ciddi fəaliyyəti və addımları ortadadır".
Millət vəkili qeyd edib ki, bu gün müvafiq qanunvericiliyə də dəyişiklik etməyin zamanıdır: "Həmçinin, ilin sonu olduğu üçün Nazirlər Kabineti bu istiqamətdə müvafiq addımlar atmalıdır. Onu da qeyd edim ki, qanunvericiliyə dəyişiklik edilərsə, o zaman həmin kateqoriyadan olan uşaqların ali məktəblərə ödənişli əsaslarla qəbulu məsələsində güzəştlər nəzərdə tutulmalıdır. Yəni, həmin uşaqlar qanunvericiliklə ali məktəblərə qəbul olunarkən təhsil haqlarından azad edilməlidirlər. Bu, həmin uşaqların sosial müdafiəsi baxımından çox böyük addım olardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB