Goranboy rayonunun Yeniyol kəndində yeni məktəb binasının açılışı olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tamamilə yararsız hala düşmüş Yeniyol kənd orta məktəbi artıq müasir standartlara cavab verən yeni bina ilə əvəz edilib. Dövlət hesabına inşa edilmiş 420 yerlik yeni məktəb binası, fizika və kimya laboratoriyaları, kompyuter otağı, akt və idman zalları, müasir istilik sistemləri, fənn kabinələri və şagirdlərin rahatçılığı üçün digər şəraitlərlə təmin edilib.
Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil işçiləri valideynlər və şagirdlər iştirak ediblər. Çıxış edənlər ölkəmizin inkişaf yolundan, aparılan quruculuq, abadlıq işlərindən söz açıblar.
Qeyd edək ki, bu il Goranboy rayonunda 9 məktəbin tikintisinə başlanılıb ki, bunlardan üçü sentyabr ayında istifadəyə verilib. İlin sonuna qədər əlavə üç məktəbin açılışı nəzərdə tutulub. 2013-cü ildə isə 5 məktəbin tikintisi və əlavə üçünün də əsaslı bərpası nəzərdə tutulub.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB