21 dekabrda hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər veriri ki, havanın temperaturu gecə 3-6, günün birinci yarısında 10 dərəcəyədək, axşama doğru isə 4 dərəcəyə yaxın isti təşkil edəcək.

Ölkənin rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən giləvar küləyinin dekabrın 21-də axşam xəzri küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə