Şahdağ qış-yay turizm kompleksi istifadəyə verildi

Prezident İlham Əliyev Qusar rayonuna səfəri çərçivəsində kompleksin açılışında iştirak edib
Şahdağ qış-yay turizm kompleksi istifadəyə verildi

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusar rayonuna səfərə gəlib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlətimizin başçısı rayonda "Urva-1" kiçik su elektrik stansiyasının açılışında iştirak edib. Prezident İlham Əliyev stansiyanı işə salıb.

Sonra dövlətimizin başçısı Qusar-Əniğ-Ləzə avtomobil yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Daha sonra Qusarda "Zirvə" və "Qaya" otellərinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərin açılışında iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otellərdə yaradılmış şəraitlə tanış olublar.

Səfər çərçivəsində Qusardakı Şahdağ qış-yay turizm kompleksinin birinci mərhələsi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə